Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"unu xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Əli Hüseynov