AZ

Azərbaycan çimərlik güləşi üzrə dünya çempionatı və Dünya Seriyasına ev sahibliyi edəcək

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

Seçilən
61
23
90deqiqe.az

10Mənbələr