AZ

Krımda ov tüfəngi ilə 4 polisi yaralayan şəxs zərərsizləşdirilib

Krımda kişi ov tüfəngi ilə dörd polis əməkdaşını yaralayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 16-da polis əməkdaşları istintaq çərçivəsində Stefanovka kəndinin 49 yaşlı sakininə baş çəkiblər. Kişi onları evinə buraxmaqdan imtina edib və ov tüfəngi ilə onlara bir neçə dəfə atəş açıb. Daha sonra o, avtomobilini Molotov kokteyli ilə yandırıb və evi yandırmağa cəhd edib.

Polis, Rusiya Milli Qvardiyası və Xüsusi Təyinatlı Polis Dəstəsi (SOBR) gücləndirilmiş əməliyyatı nəticəsində silahlı şəxs zərərsizləşdirilib. İstintaq ona qarşı ittiham irəli sürməyə hazırlaşır.

Seçilən
40
5
apa.az

8Mənbələr