AZ

İran ABŞ-dəki Dünya Çempionatı oyunlarının Meksikada keçirilməsini istəyir

İran Futbol Federasiyası 2026 Dünya Çempionatı çərçivəsində milli komandanın oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparır.

İdman.Biz xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tadji öz “X” hesabında yazıb.

“ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, İran millisinin təhlükəsizliyinə zəmanət verə bilməz. Bu halda, təbii ki, biz Birləşmiş Ştatlara getməyəcəyik. Hazırda İran millisinin dünya çempionatındakı oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən həftə Donald Tramp İran komandasının “öz həyatı və təhlükəsizliyi naminə” turnirə getməməli olduğunu vurğulayıb. 2026 Dünya Çempionatının final mərhələsi iyun-iyul aylarında keçiriləcək və ABŞ-nin 11, Meksikanın üç, Kanadanın isə iki şəhərində təşkil olunacaq.

İdman.Biz
Məqalədə:
Seçilən
15
idman.biz

1Mənbələr