AZ

​24 saatda 6 milyon qazandı

Türkiyənin məşhur “youtuber”lərindən olan Enes Batur uzun fasilədən sonra yenidən sosial mediaya qayıdıb. O, “Hayattayım” adlı videosunu paylaşaraq təxminən üç illik sükutu pozub.
Metbuat.az xəbər verir ki, video yayımlandıqdan sonra qısa müddətdə böyük maraqğa səbəbə olub və ilk 24 saat ərzində 10 milyon baxış toplayıb. Bu uğur Batura sərvət qazandırıb. Fenomen YouTube reklamlarından təxminən 2 milyon lirə, izləyici bağışlarından 1,5 milyon lirə, sponsorluqlardan isə 2,5 milyon lirə qazanc əldə edib. Beləliklə, onun cəmi 24 saatda qazancı 6 milyon lirəyə (təxminən 240 min manat) yaxın olub.

Videoda Enes Batur şəxsi həyatı ilə bağlı da səmimi açıqlamalar verib. O, ağır depressiya keçirdiyini və aylarla heç kimlə danışmadığını bildirib. Baturun dönüş videosu sosial mediada geniş müzakirələrə səbəb olub və izlənmə sayı artmaqda davam edir.

Seçilən
66
50
metbuat.az

10Mənbələr