“Ötən gün gecə saatlarında paytaxta dron uçuşları oldu, amma rəsmi qurumlar buna heç bir reaksiya vermədi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, rəsmi qurumlar bu barədə açıqlama verməyə məcburdur:
“Müdafiə Nazirliyi açıqlama verib insanları məlumatlandırmalıdır. Milli Məclis Aparatından xahiş edirəm, çıxışımı rəsmi deputat sorğusu kimi qəbul etsin, Müdafiə Nazirliyinə rəsmi müraciət olunsun”.
Vilayət Muxtar
“Cebheinfo.az”