AZ

İraqda binaya raket hücumu - Ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi silahlı qrupların yerləşdiyi binaya raketli hücum həyata keçirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

İran ilə ABŞ-İsrail arasında müharibənin başlamasından sonra Yaxın Şərq və Körfəz ölkələrində tez-tez hücumlar təşkil edilir. Bağdadın mərkəzində İranın dəstəklədiyi silahlı qrupların yerləşdiyi bir binaya raketli hücum həyata keçirilib. 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, hücum sabahın erkən saatlarında 4 raketlə həyata keçirilib. Hücum nəticəsində dağılan evdə 2 yüksək rütbəli məmurun və İran vətəndaşlarının olduğu bildirilib.

Hücumdan sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb və El-Cadriya ərazisində bir çox küçələr bağlanıb.

Seçilən
31
manset.az

1Mənbələr