AZ

“Real” köhnə yetirməsini geri qaytarmaq istəyir

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi "Real Madrid"ə qayıda bilər.

90deqiqe.Az-ın "fichajes"ə istinadən məlumatına görə, Madrid klubunun prezidenti Florentino Peres mərakeşli futbolçunu Dani Karvaxala əvəzləyici olaraq görmək istədiyi bildirilir.

"Kral klubu" 27 yaşlı futbolçunun yüksək qiyməti səbəbindən çətinliklərlə üzləşə bilər, çünki PSJ onu 80 milyon avro dəyərində qiymətləndirir. Lakin, müdafiəçi özü Madridə qayıtmaq istəyir və bunun üçün maaşını azaltmağa hazırdır.

Bu amil klublar arasında danışıqlarda əsas rol oynaya bilər.

Hakiminin PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Mərakeşli "Real Madrid"in gənclər akademiyasının yetirməsidir və klubla Çempionlar Liqasını qazanıb.

Seçilən
23
90deqiqe.az

1Mənbələr