AZ

Bu ölkənin çempionu Turan Tovuz un legionerini istəyir Yayda transfer etməyi planlaşdırırlar

ain.az, Sportal.az saytına istinadən bildirir.

“Turan Tovuz”un legioneri Aleks Serrano xarici klubların diqqət mərkəzinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin aparıcı oyunçularından olan ispanı Qazaxıstan klubları istəyir.

Məlumata görə, “Ordabası” Serrano ilə yaxından maraqlanır. Qazaxlar yayda Serranonu heyətinə qatmaq üçün təklif göndərəcək. Onun “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

31 yaşlı yarımmüdafiəçi 2023-cü il avqust ayından Tovuz klubunun formasını geyinir. Aleks Serrano karyerası ərzində “Sportinq Xixon”, “Espanyol”B, “Malyorka”B, “Selta”B(Viqo), “Salamanka”, “Talavera”, “Kornelya”, “Qornik”, “Hebar” komandalarında oynayıb. “Ordabası” 2023-cü ildə Qazaxıstan çempionu olub.

Şimkənt təmsilçisi 2 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
sportal.az

2Mənbələr