AZ

43 kq çəki ilə məni hərbi xidmətə aparırlar VƏTƏNDAŞ MÜRSƏL İBRAHİMOVA MÜRACİƏT ETDİ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səfərbərlik və Həqiqi Xidmətə Çağırış İdarəsi 43 kq çəkisi olan vətəndaşı zorla hərbi xidmətə yollamaq istəyir.

Bu barədə Gununsesi.info-ya müraciət edən Hüseynov Həsən Sərdar oğlu saytımız vasitəsilə Səfərbərlik və Həqiqi Xidmətə Çağırış İdarəsinin rəisi Mürsəl İbrahimova müraciət edib.

O, bildirir ki, çəkisi və boy ölçüsünə görə bir neçə ildir ki, hərbi xidmətə yararsız hesab edilir.

“1999 ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuşam. Məni 2022- ci ilin aprel ayinda hərbi xidmətə yarasiz kimi qeyd etdilər.

Yenidən tibbi komissiyadan keçmək üçün bu il Bakıya çağırdılar.

2026-ci fevral ayinin 25 də məni Qobuda guya müayinə etdilər.

Real çəkim 43 kq olsa da, paltarlı paltarli vəziyyətdə məni tərəziyə çıxardılar.

Etiraz etmək istəsəm də qəzəbli və qışqırıq səs tonunda mənə “çıx bayıra” dedilər. İndi yerli idarə məcbur edir ki, hərbi xidmətə getməlisən”.

Müraciətinin sonunda vətəndaş “yararsız insanı hərbiyə yollamaq, bu orduya nə verir axı?”  deyə sual edir.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr