Bakı, 17 mart, AZƏRTAC
Novruz - baharın, yeniliyin və birlik ruhunun bayramıdır. Hər birimizin bu möhtəşəm bayramla bağlı unudulmaz xatirələri var. Bəs, tanınmış simaların yaddaşında Novruz necə qalıb?
Sevilən və tanınmış şəxslər AZƏRTAC-ın “Bir sual, bir cavab” layihəsi çərçivəsində Novruzla bağlı ən yaddaqalan anlarını bizimlə bölüşüblər. Səmimi və maraqlı xatirələr işığında bu bayramın sevinc dolu anlarını yenidən yaşayacağıq.
Layihəmizin ilk qonağı Xalq artisti Röya Ayxandır.
AZƏRTAC videonu təqdim edir.
Müxbir - Fidan Əlizadə
Operator - Ceyhun Mustafayev