BAKI, 17 mart. TELEQRAF
İsrail Müdafiə Qüvvələri İranda hədəflərə qarşı hərbi əməliyyatlarını davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
“Bu gecə də əməliyyat baxımından əhəmiyyətli uğurlar əldə olunub və bunlar kampaniyanın nəticələri və ordunun tapşırıqlarına təsir göstərə bilər. Tehranda İnqilab Keşikçilərinin (SEPAH) yüksək vəzifəli simaları və Qəzza, eləcə də İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirak edən şəxslər zərərsizləşdirilib”, - o bildirib.
Zamir həmin şəxslərin gizləndikləri yerdə məhv edildiyiyini vurğulayıb.