AZ

Krediti olanların diqqətinə: Bu ay hansı tarixdə ödənişlər edilməlidir?

Son bir neçə gündür ki, banklar vətəndaşlara xəbərdarlıq mesajları yollayır. Bildiyiniz kimi ayın 20-30 aralığı bayramlarla əlaqədər qeyri-iş günüdür. Banklar kredit ödənişi bu günlərə düşən müştərilərindən ödənişlərini qabaqcadan ayın 19-u ödənilməsini tələb edirlər.

Axı niyə müştəri öz ödənişini 5-6 gün qabaqdan ödəməlidir? Olmazmı banklar 4-5 gün artıq gözləsinlər?

NOCOMMENT.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Razı Abasbəyli bildirib ki, bankların müştərilərinə yolladıqları sms xəbərdarlıqlar qanunsuzdur:

“İlk öncə vətəndaşlar bankla bağladıqları kredit müqaviləsinə diqqət etməlidirlər. Qanunla Azərbaycanda kredit münasibətləri əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq normativ hüquqi aktları və Mülki Məcəllə ilə tənzimlənir.

Kredit ödənişlərinin tarixi müqavilədə necə yazılıbsa, hüquqi olaraq əsas odur. Əgər müqavilədə konkret tarix (məsələn, hər ayın 25-i) göstərilibsə, müştəri həmin tarixdə kredit borcunu ödəməlidir.

Qanunda rəsmi qeyri-iş olduğuna görə hər hansı güzəşt anlayışı yoxdur. Yəni kredit üzrə borclunun müqavilədə yazılan tarixdə krediti ödəmək öhdəliyi var”.

Bəs ödəniş günü qeyri-iş günü olarsa o zaman tərəflər arasındakı öhdəliklər necə tənzimlənir?

İqtisadçı qeyd edib ki, Mülki Məcəllənin öhdəliklərin icrası qaydalarına görə, əgər ödəniş günü rəsmi qeyri-iş gününə düşürsə, ödəniş növbəti iş gününə keçirilə bilər:

“Bu isə o deməkdir ki, bank qanuni olaraq sizdən 5-6 gün əvvəl ödəmə tələb edə bilməz. Əksinə, ödəniş irəli yox, geriyə, ilk iş gününə keçməlidir”.

“Vacib məqam – Əgər bank sizi məcbur edirsə və krediti ödəmədiyiniz halda sizə cərimə yazılacağını deyirsə, Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət edin. Eyni zamanda müştərisi olduğunuz bankdan arayış tələb edin”, – iqtisadçı sonda vurğulayıb.

Tunar
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr