AZ

"ABAD" dəstəyi ilə yaranan ailə biznesləri hansı məhsullar üzrə BAZARDA DAHA RƏQABƏTQABİLİYYƏTLİDİR? - ÖZƏL

Direktor müavini: “ABAD” çərçivəsində satışa çıxarılan yumurtalar da bazarda xüsusi yer tutur

“ABAD” layihəsi çərçivəsində istehsal olunan məhsullar əsasən təbii tərkibi, əl əməyinə əsaslanması və milli xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyətlər məhsulların bazarda fərqlənməsinə və istehlakçılar tərəfindən daha çox maraq görməsinə imkan yaradır. Bu səbəbdən xüsusilə qida məhsulları və dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri bazarda daha çox maraqla qarşılanır. Qida məhsulları istiqamətində bal, mürəbbələr, souslar, müxtəlif çaylar, meyvə quruları, təbii yağlar, süd və ət məhsulları istehlakçılar tərəfindən daha çox tələb olunan məhsullar sırasındadır.

Bunu ABAD publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində bildirib.

Vüsal Arzumanlı qeyd edib ki,“ABAD” çərçivəsində satışa çıxarılan yumurtalar da bazarda xüsusi yer tutur. Müxtəlif regionlarda fəaliyyət göstərən təsərrüfatlardan toplanan yumurtalar ailə təsərrüfatlarının gəlir əldə etməsində mühüm rol oynayır və yüzlərlə kənd sakininin məşğulluğuna töhfə verir. Sənətkarlıq sahəsində isə keramika, vitraj sənəti, taxta üzərində hazırlanmış əl işləri, eləcə də digər dekorativ-tətbiqi sənət nümunələri həm yerli istehlakçılar, həm də turistlər arasında böyük marağa səbəb olur. Bu məhsullar milli-mədəni dəyərləri özündə əks etdirməklə yanaşı, Azərbaycan sənətkarlıq ənənələrinin qorunmasına və tanıdılmasına da mühüm töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
38
ikisahil.az

1Mənbələr