AZ

40 yaşlı sahibkarın meyiti tapıldı

40 yaşlı sahibkarın meyiti tapıldı

Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib.

Onun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər. İlkin məlumatlara görə, iş adamının özünə qəsd etdiyi ehtimal olunur.

Mərhumun 4 övladı qalıb. Qeyd edək ki, Şamil Qədirov həm Salyan, həm də Bakı şəhərində geniş mağazalar şəbəkəsinə rəhbərlik edirdi.

Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.

Seçilən
55
1
afn.az

2Mənbələr