FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Əliyar Ağayev Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR hakimi, digər həmyerlimiz Nicat İsmayıllı VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma Bakı vaxtı ilə martın 19-da saat 00.00-da başlayacaq. Görüş Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk matçda 0:0 hesabı qeydə alınıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta