AZ

Rusiya vətəndaşı Amerika kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə 14 il həbs cəzası alıb

Sankt-Peterburqda İvan Kartaşov adlı şəxs Rusiya dövlətinə xəyanətdə ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Herbiand.az şəhər məhkəmələrinin birgə mətbuat xidmətinə istinadən bildirir ki, o, müəyyən bir obyekt və PUA sistemləri haqqında məlumatlar olan məxfi sənədləri xarici kəşfiyyat orqanlarına satmaq istəyib.

Kartaşov 2024-cü ilin dekabrında həbs edilib. Müstəntiqlərin sözlərinə görə, Rusiyanın siyasi kursu ilə razılaşmayıb. O, Rusiya vətəndaşına müraciət edərək xarici kəşfiyyat əməkdaşları ilə əlaqələr tapmaqda kömək istəyib ki, onlara müəyyən bir obyekt və PUA sistemləri ilə bağlı məxfi xarakterli sənədləri sata bilsin.

İstintaq zamanı hüquq-mühafizə orqanları Kartaşovun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi ilə elektron poçt və mesajlaşma vasitəsilə əlaqə saxladığını aşkar edib. Yazışmalarda o, MKİ ilə əməkdaşlığının məqsədinin Rusiyada rejim dəyişikliyi olduğunu bildirib. Bundan əlavə, Kartaşov həmsöhbətinə müəyyən elektron sənədlər göndərib.

O, məhkəmə iclasında faktiki olaraq günahını etiraf edib. Lakin qarşı tərəfi aldadaraq pul almaq istədiyini bildirib, Vətənə isə xəyanət etmədiyini söyləyib.

Məhkəmə Kartaşovu 14 il həbs cəzasına məhkum edib, həmçinin 400.000 rubl cərimə edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
50
herbiand.az

10Mənbələr