AZ

Elçin Usub KK-nın gizli iclasında müzakirə edilən mövzuları Fanat.Az-a açıqladı

Fevralın 11-də AFFA Klublar Komitəsinin (KK) növbəti iclası baş tutsa da, bu barədə ictimaiyyətə açıqlama verilməməsi maraq doğurmaya bilməz. Toplantıda hansı məsələlərin müzakirə olunduğunu öyrənmək üçün komitənin sədri Elçin Usubla əlaqə saxladıq.

"Şamaxı"nın İdarə Heyətinin sədrinin Fanat.Az-a açıqlaması belə oldu:

"Bəli, martın 11-də Klublar Komitəsninin növbəti iclası keçirildi. İclasın gündəliyində əsasən Əvəzedicilər Liqasının növbəti mövsüm üçün formatı məsələsi yer tuturdu. Bu haqda AFFA-nın baş katibi Cahangir Fərəcullayev klub nümayəndələrinə ətraflı məlumat verdi, klubların fikirləri öyrənildi. Yekun olaraq rəy hazırlanıb İcraiyyə Komitəsinə təqdim ediləcək.

Daha sonra klubların akademiyalarına həyata keçirilmiş ziyarətlər üzrə hazırlanmış hesabat koordinator Sərxan Hüseynov tərəfindən təqdim edildi və akademiyalarda olan problemlərin həlli üçün ümumi fikir mübadiləsi aparıldı.

İclasda Hakimlər departmentinin rəhbəri Bəhruz Teymurov da  iştirak etdi. Klub nümayəndələrinin sualları cavablandırıldı, artıq tətbiq edilməyə başlamış hakimlərin bonus sistemi ilə bağlı ilkin məlumat verildi.

KK-ya edilmiş müraciət ətrafında və klubların müzakirəyə çıxardıqları digər məsələlərlə bağlı müzakirələr oldu".

Toğrul

Seçilən
0
1
fanat.az

2Mənbələr