AZ

Səfir: Monqolustan və Azərbaycan arasında birbaşa aviareyslərlə bağlı danışıqlar davam edir

Monqolustan və Azərbaycan arasında birbaşa aviareyslərlə bağlı danışıqlar davam edir.

Bunu "Far.Az"un Türkiyə bürosuna müsahibəsində Monqolustanın Ankarada iqamət edən, Azərbaycana akkreditə olunmuş qeyri-rezident səfiri Qombosuren Munxbayar deyib.

O ümid etdiyini bildirib ki, gələcəkdə bu istiqamətdə müsbət nəticələr əldə olunacaq.

Bundan başqa diplomat qeyd edib ki, 2018-ci ildə Monqolustan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış razılaşmaya əsasən, hər iki ölkənin diplomatik və xidməti pasport sahibləri vizasız səyahət edə bilər və ölkələr arasında sərbəst hərəkət edə bilərlər:

"Adi pasport sahiblərinə isə vizalar müəyyən edilmiş qaydalar üzrə verilir. Hazırda Monqolustana viza almaqda Azərbaycan vətəndaşları üçün heç bir problem yoxdur. Qeyd etmək istəyirəm ki, səfirlik vizalarla bağlı məsələlərdə həmişə açıqdır və vətəndaşlara zəruri dəstək və kömək göstərməyə hazırdır".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Seçilən
55
far.az

1Mənbələr