AZ

Tramp Çindən bunu xahiş etdi

ABŞ prezidenti Tramp Çindən səfərini bir ay təxirə salmasını istəyib.

"Unikal" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. 

"Biz bunu Çinlə müzakirə edirik. Getməyi çox istərdim. Amma müharibə səbəbindən burada qalmaq istəyirəm; düşünürəm ki, burada olmalıyam. Ona görə də təxminən bir ay təxirə salınmasını xahiş etdik", - deyə Tramp izah edib.

Daha əvvəl Tramp Çinin Hörmüz boğazının açılmasına kömək etməməsi halında səfərin ləğv edilə biləcəyinə işarə etmişdi. Buna cavab olaraq Pekin sadəcə "münaqişənin bütün tərəfləri ilə ünsiyyət saxladığını" bildirib və "gərginliyin azaldılmasına" çağırıb.

Ağ Ev əvvəllər ABŞ prezidentinin 31 mart - 2 aprel tarixlərində Çinə səfər edəcəyini açıqlayıb.

Gülayə Mecid 

Seçilən
56
50
unikal.az

10Mənbələr