AZ

30 manata görə tanışını öldürdü Təfərrüat

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Yaqub Həsənov pul borcu üstündə yaranan mübahisə zamanı tanışı, 1987-ci il təvəllüldü Vasif Həsənovu qətlə yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən rayon sakini Yaqub Vasifin ona borc pul verməsindən imtina edib, onu ağır söyüşlərlə təhqir etməsindən hiddətləndiyindən aralarında mübahisə yaranıb. Yaqub mübahisəyə birdəfəlik son qoymaq üçün Vasifi öldürmək qərarına gəlib. Bu məqsədlə o, 2024-cü ilin yanvarın 25-də Gəncə şəhərində 36 nömrəli körpələr evi-uşaq bağçasının qarşısında sərxoş vəziyyətində Vasif Həsənov ilə mübahisə edib. Özündə olan bıçaqla Vasifə zərbələr vurub. O, aldığı zərbələrdən ölüb. Yaqub Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Yaqub ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, həmçinin mülki iddianı qəbul etməyib və özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. İfadəsində göstərib ki, hadisə günü şadlıq sarayında toyda olub:“Toyda olarkən xalamoğlu Teymur zəng etdi və Vasifin gələrək mağarın pulunu götürdüyünü dedi. Xalam oğlundan Vasifin nə qədər pul verdiyini soruşdum. Teymur isə 170 manat verdiyini, 30 manatın isə mənim borcumdan çıxdığını dedi. Vasif mənə o pulu çıxmayacağını, gələn işdə çıxacağını demişdi. Daha sonra Vasifə zəng etdim, gələrək pulu ondan götürəcəyimi dedim. Vasif isə gəlməməyimi, artıq borcu aldığını dedi. Mən əsəbi halda “Gəncə” marketə getdim. Oradan özümə bıçaq aldım və Vasifi həmin bıçaqla vurdum”.Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı küçədə işıqlandırma olmayıb:“Sonradan kimin gəlib-getdiyini görməmişəm, oradan qaçaraq getmişəm. Mən bıçağı vurmaq üçün almışam. Amma Vasif öldürmək məqsədim olmayıb. Mən Vasifi vuranda onun həyat yoldaşı bizdən çox aralıda olub. Mən qaçdıqdan sonra Vasifin yoldaşı gəlib. Mən bıçaq ilə bir dəfə vurmuşam. Həmin vaxt Samir arxa tərəfimdə dayandığından, Vasifin həyat yoldaşını və oğlunu görməmişəm. Vasif ilə telefonda danışmışam, Vasifə gələn mağarda borcunu çıxacağıma söz vermişəm. Lakin Vasif mənə söyüş söyüb. Razılaşmalarımıza görə, Vasifdən 300 manat almalı, Vasif isə mənə 100 manat verməli idi. Daha sonra Vasif xalam oğluna 170 manat verib, 30 manatı isə borcuma qarşılıq olaraq çıxıb. Mənim 30 manata görə heç vaxt adam öldürmə fikrim olmayıb. Hadisəni söyüş üstündə törətmişəm”.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. İş üzrə zərəçəkmiş Vasif Həsənovun hüquqi varisinin 20.000 manat mənəvi zərərin və 22.000 min manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddiası qismən təmin edilib. Mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilib və 3000 manat təqsirləndirlən şəxsdən alınaraq, zərəçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib. Mülki iddia digər hissədə rəsmi sənədlər təqdim edilmədiyindən baxılmamış saxlanılıb. Həmin hissədə mülki məhkəmə qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
demokrat.az

1Mənbələr