Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 9,3 milyard manat dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 % çox sənaye məhsulu istehsal edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində olub.
"Cebheinfo.az"