AZ

“Pink Power Fest – qız şagirdlərin idman festivalı” çərçivəsində “Şən startlar” adlı mütəhərrik oyunlar üzrə turnir keçirilib

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində “Şən startlar” adlı mütəhərrik oyunlar üzrə turnir təşkil olunub. 
QHT.az xəbər verir ki, turnirdə Quba rayonunun 6 ümumtəhsil məktəbinin – Zərdabi, Bağbanlı qəsəbə, Hacıhüseynli, Səbətlər kənd tam orta ümuumtəhsil məktəblərinin, Quba şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin və Quba rayonu Fzika, Riyaziyyat, İnformtika Tmayüllü Liseyin VI siniflərində təhsil alan 36 nəfər qız şagird iştirak edib. 
Olimpiya sistemi üzrə keçirilən turnirin final oyununda Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idmançıları Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandasını məğlub edərək turnirin qalibi adını qazanıblar. Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinə qalib gələrək üçüncü yeri tutub. Turnirin yekununda qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. 
Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsini təşviq etməkdir.

Seçilən
0
3
qht.az

10Mənbələr