AZ

İran ABŞ-nin Bağdaddakı səfirliyinə gecə boyu zərbələr endirib

İran ordusu İraqın paytaxtı Bağdad şəhərində yerləşən ABŞ səfirliyinə gecə boyu hücum edib.

Far.Az xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Diesen sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, ABŞ-nin Bağdaddakı səfirliyi dünyada ən böyük diplomatik nümayəndəlikdir və sahəsi təxminən 42 hektardır.

"ABŞ səfirliyinə bütün gecə ərzində zərbələr endirilib. Bu, dünyada ən böyük səfirlikdir və İraqa müdaxilədən sonra regionda hərbi gücün əsas mərkəzlərindən biri olub", – deyə o qeyd edib.

Bundan əvvəl Qırımızı dəniz akvatoriyasında yerləşən "USS Gerald R. Ford" aviadaşıyıcısında yanğın baş verdiyi bildirilmişdi. Məlumata görə, yanğının səbəbi döyüş əməliyyatları ilə bağlı olmayıb, hadisə lokallaşdırılıb və gəminin enerji qurğularına ziyan dəyməyib.

Seçilən
11
far.az

1Mənbələr