AZ

AFFA "İmişli", "Qəbələ" və "Neftçi"ni cərimələdi

"İmişli", "Qəbələ" və "Neftçi" cərimələnib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Hər üç klub Misli premyer-liqasının 24-cü turunda yaşananlara görə ziyana düşüb.

"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb. "Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3000 manat ödəməli olacaq. "Neftçi" isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8000 manat cərimələnib.

Seçilən
44
3
football-plus.az

6Mənbələr