AZ

Azərbaycanın xarici ticarət dövriyyəsi 30%-ə yaxın azalıb

BAKI, 17 mart. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 29.7% azalaraq 6 milyard 264.03 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkə üzrə ixrac 23.1% azalaraq 3 milyard 664.90 milyon ABŞ dolları olub. İdxal isə 36,6% artaraq 2 milyard 599.13 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 1 065.77 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 69.59% çoxdur.

Seçilən
12
teleqraf.com

1Mənbələr