AZ

Dövlət tenderlərində ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərq kifayət qədər böyük olur

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Dövlət vəsaitlərindən daha səmərəli və şəffaf istifadə üçün dövlət satınalmalarında süni intellektdən daha geniş istifadə imkanları yaradılmalıdır. Çünki süni intellektdən istifadə bir tərəfdən qərarların daha çevik, səmərəli və şəffaf qəbul edilməsinə imkan yaradır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

O əlavə etdi ki, bir çox hallarda dövlət tenderlərində ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərq kifayət qədər böyük olur:

"Hesablama Palatasının hesabatlarına görə, dövlət satınalmalarının 90 faizindən çoxunda bu fərq 20 faizdən artıqdır. Ehtimal olunan qiymətlə müqavilə dəyəri arasındakı böyük fərq dövlət vəsaitlərinin səmərəli və şəffaf istifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hesablama Palatası da öz hesabatlarında bu məqamı xüsusi vurğulayır və ehtimal olunan qiymətin müəyyənləşdirilməsində süni intellektdən istifadə imkanlarını təklif edir. Bu baxımdan, hazırlanan konseptual sənədə uyğun olaraq dövlət satınalmalarında, həm tender qərarlarının qəbulunda, həm də ehtimal olunan qiymətin müəyyənləşdirilməsində süni intellektdən istifadə vacib amil kimi qiymətləndirilir. Bu yanaşma kənar müdaxilələrin minimallaşdırılmasına, qərarların qəbulunda subyektiv amillərin azalmasına və nəticə etibarilə dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına şərait yaradır. Nəzərə alsaq ki, artıq bir sıra ölkələrdə dövlət satınalmalarında süni intellektdən geniş istifadə olunur, Azərbaycanda da bu istiqamətdə atılan addımlar fonunda bu texnologiyanın tətbiqinin genişləndirilməsi məqsədəuyğun hesab olunur".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
redaktor.az

2Mənbələr