Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avtosfer.az məlumat yayıb.
Məlumata əsasən, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.
Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.