AZ

Hörmüz AB və ABŞ arasında böhran yaratdı

Hörmüz boğazında təhlükəsizliklə bağlı fikir ayrılıqları səbəbindən AB-ABŞ münasibətləri yenidən dərin böhranın astanasındadır.

News365.az xəbər verir ki, bu barədə “Politiko” avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, AB-nin xarici işlər nazirləri ABŞ-ın gəmilərin təhlükəsizliyinin təmin edilməsində iştirak tələbinə demək olar ki, yekdilliklə qarşı çıxıblar:

“Nazirlər qeyd ediblər ki, ABŞ administrasiyasının özü buna hazır deyilsə, AB ölkələri gəmilərini və qoşunlarını təhlükəyə atmağa heç hazır deyil”.

Qeyd edək ki, ABŞ təkid edir ki, digər ölkələr Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsində iştirak etsin.

Seçilən
31
1
news365.az

2Mənbələr