AZ

“Çelsi”də ciddi İTKİ

"Çelsi"nin müdafiəçisi və kapitanı Ris Ceyms zədə səbəbindən yenidən meydandan kənarda qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 26 yaşlı futbolçu əzələ zədəsi alıb. Onun sağalması üçün bir neçə həftə lazım olacağı gözlənilir.

Bu mövsüm Ceyms London klubunda bütün yarışlarda 36 oyun keçirib, iki qol vurub və yeddi məhsuldar ötürmə edib.

17 martda "Çelsi" Çempionlar Liqasının cavab oyununda Londonda PSJ ilə qarşılaşacaq. İngiltərə komandası Parisdə keçirilən ilk oyunda 5:2 hesabı ilə məğlub olub.

Milli.Az

Seçilən
10
3
milli.az

4Mənbələr