AZ

Əhali iki ayda içki və siqaretə yarım milyard pul xərcləyib

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 498,8 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 2,2% çoxdur.

Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,9% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Təkcə fevral ayı ərzində əhali 240,1 milyon manatlıq içkilər və tütün məmulatları alıb.

AzPost.az

Seçilən
8
2
azpost.info

3Mənbələr