AZ

Küveytdə "Hizbullah" qruplaşması ilə əlaqəli 16 nəfər saxlanılıb

Küveytdə radikal "Hizbullah" qruplaşması ilə əlaqəli 16 nəfər saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı ölkənin daxili işlər nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 14 nəfər Küveyt vətəndaşı, daha 2 nəfər isə Livan vətəndaşıdır.

Saxlanılanlardan silah, kameralı pilotsuz uçuş aparatları və Morze əlifbası ilə rabitə üçün qurğular müsadirə edilib.

Qurumdan bildirilib ki, qrup ölkədə sabitliyi pozmaq məqsədi güdüb və insanları terror təşkilatına qoşulmağa cəlb edib.

Seçilən
16
far.az

1Mənbələr