AZ

Diqqət! Pəncərələri bağlayın, evdən çıxmayın, yod için... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mümkün müharibə fonunda radiasiya sızması ilə bağlı müxtəlif iddialar və müzakirələr gündəmə gəlsə də, hazırda bununla bağlı rəsmi təsdiq edilmiş məlumat yoxdur. Belə risklərin mümkün olduğu hallarda qabaqlayıcı tədbirlərin görülməsi böyük əhəmiyyət daşıyır. Çünki radiasiya sızması baş verdiyi təqdirdə əhalinin təhlükəsizliyi üçün operativ və düzgün davranış vacibdir. Bəs belə bir vəziyyət yaranarsa, insanlar hansı qoruyucu tədbirlərə əməl etməlidirlər? Radioloq Eldar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, radiasiya sızması ilə bağlı rəsmi təsdiq yoxdursa, narahatlığa ehtiyac yoxdur:“Əgər radiasiya təhlükəsi elan olunarsa, ilk addım qapalı məkanda qalmaqdır. Evdə pəncərələri və qapıları bağlamaq lazımdır. Kondisioner və havalandırma sistemləri müvəqqəti söndürülə bilər. Açıq havada uzun müddət qalmaqdan çəkinmək lazımdır. Radiasiya zamanı ən vacib məqam sığınacaq prinsipidir. Beton binalar daha təhlükəsiz sayılır. Pəncərəsiz otaq daha uyğun ola bilər. Uşaqlar və hamilə qadınlar xüsusi diqqətdə saxlanmalıdır. Əgər rəsmi qurumlar yod preparatı tövsiyə edərsə, yalnız o halda qəbul edilməlidir. Özbaşına yod içmək düzgün deyil. Dərman yalnız rəsmi göstərişlə istifadə olunmalıdır. Çöldə olan geyimlər dəyişdirilməli və ayrıca saxlanmalıdır. Əllər və üz sabunla yuyulmalıdır. Açıq qida və su ehtiyatları qorunmalıdır. Ən vacib məsələ rəsmi xəbərdarlıqları izləməkdir”.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
demokrat.az

1Mənbələr