525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“İran müharibəsinin təsir etdiyi daşımalar Hörmüz boğazı vasitəsilə həyata keçirilən daşımalarla əlaqədardır. Nəzərə alsaq ki, Hörmüz boğazından dünya üzrə neft və enerji resurslarının 20 faizdən çoxu daşınır. Və təbii ki, boğazın bağlanması artıq neftin dünya bazar qiymətlərinə təsir göstərir və qiymət artımları müşahidə olunmaqdadır. Bu kontekstdə daha təhlükəsiz marşrutlar və onların qorunması artıq prioritetləşib”.
İqtisadçı millət vəkili Vüqar Bayarmov bunu 525.az-a söyləyib. Millət vəkili qeyd edib ki, həm də sülh və əməkdaşlığın daha da aktual olması və bu istiqamətdə səylərin davam etdirilməsini bir daha gündəmə gətirir:
“Dünya iqtisadiyyatına təbii təsirləri var, çünki neftin dünya bazar qiymətində artımlar müşahidə olunur. Bu da qlobal bazarda inflyasiya meyllərini sürətləndirə bilər. Neft idxal edən ölkələrin xərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə həmin ölkələrdə istehsal edilən məhsulların da qiymətlərində artımlar müşahidə olunur ki, bu da təbii olaraq dünya bazarında qiymət artımlarına zəmin yaradır. Bu baxımdan, yükdaşımalarındakı çətinliklər, xüsusən də Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatı üçün mənfi təsirlərə malikdir. Bu isə bir daha yükdaşımalarında alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırmış olur".
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.