AZ

Əməkdar artist bayağı manhılar oxuyanlar barədə: “VİLLA aldılar, amma...”

Əməkdar artist Almaz Ələsgərova son zamanlar bayağı mahnı oxuyan ifaçılardan danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, müğənni bildirib ki, bəzi sənətkarlar zəngin olub, maddi imkanlar əldə etsələr də, musiqidə keyfiyyəti qorumağı bacarmayıblar:

"Maşın, ev, villa aldılar, hətta 'Maybach' də aldılar. Amma sənətdə heç nə dəyişməyib. Mahnılar əvvəlki tərzdə davam edir. Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır, amma indiki mahnılar sanki oyuncağa çevrilib. Çox vaxt müğənnilər mahnıları yalnız toy və gəlir üçün yazdırır. Pul qazanmaq əlbəttə vacibdir, amma sənət itirilməməlidir", - deyə Almaz Ələsgərova vurğulayıb./Milli.Az

Seçilən
3
5
bakivaxti.az

6Mənbələr