AZ

Azərbaycana yatırılan investisiyalarda neft-qaz sektorunun çəkisi 78.1% olub

BAKI, 17 mart. TELEQRAF

2025-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.1% təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

2025-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (1.1 milyard dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (5.2 milyard dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (6.3 milyard dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi məbləği 6.1% artaraq 1.4 milyard dollar olub ki, bunun da bir hissəsi (348.4 milyard dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.

Seçilən
35
teleqraf.com

1Mənbələr