AZ

Tokayev yeni Konstitusiyanı imzaladı 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının yeni Konstitusiyasını və 2026-cı il martın 15-də qəbul edilmiş “Qazaxıstan Respublikası Konstitusiyasının tətbiqi tədbirləri haqqında” Fərmanı imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Prezident bu sənədi Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş mərasimdə imzalayıb.

Daha əvvəl Mərkəzi Referendum Komissiyası martın 15-də keçirilən səsvermənin nəticələrini açıqlayıb. Referendumda 9.127.192 vətəndaş və ya səsvermə hüququ olan bütün vətəndaşların 73,12 faizi iştirak edib. İştirakçıların 87,15 faizi - 7.954.667 nəfər yeni Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

Referendum baş tutmuş elan edilib və yeni Konstitusiya qəbul olunub.

Seçilən
17
3
bakivaxti.az

4Mənbələr