ATV-də yayımlanan "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
Publika.az xəbər verir ki, proqramının son buraxılışı qalmaqallı anlarla yadda qalıb.
Canlı efir zamanı bloqer Sevinc Hüseynova ilə verilişdə iştirak edən vəkil arasında mübahisə yaranıb. Tərəflər qısa zamanda qarşılıqlı ittihamlar səsləndirərək "söz atışması"na giriblər.
Gərgin müzakirə davam edib və studiyada emosiyalar yüksəlib. Aparıcının müdaxiləsinə baxmayaraq tərəflər bir müddət debatlarını davam etdiriblər.