Azərbaycan I Liqasında mübarizə aparan Mingəçevir klubu azarkeşlərinin intizamsızlığına görə maliyyə sanksiyası ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, XVIII turda baş tutan Mingəçevir – Səbail matçında yaşanan qayda pozuntuları hər iki klubun cərimələnməsinə səbəb olub.
Meydan sahiblərinin tərəfdarları oyun zamanı sahəyə kənar əşyalar atdıqları üçün klub 600 manat cərimə edilib. Bundan əlavə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi Mingəçevir təmsilçisinə daha 1500 manata başa gəlib. Qeyd edək ki, bu hal cari mövsümdə artıq ikinci dəfədir təkrarlanır.
Qonaq komanda Səbail isə meydandakı aqressiv oyuna görə cəzalandırılıb. Paytaxt klubunun 6 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq aldığı üçün klub 210 manat məbləğində cərimə olunub.