AZ

Xəzər rayonunda təhsil işçiləri arasında mini voleybol turniri keçirilib - FOTO

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 124 nömrəli tam orta məktəbin dəstəyi ilə təhsil işçiləri arasında mini voleybol üzrə (qadınlar) Xəzər rayon turniri keçirilib.

İdman.Biz xəbər verir ki, turnirdə 13 komanda mübarizə aparıb.

Yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olunub:

1-ci yer: 324 nömrəli tam orta məktəbin komandası

2-ci yer: 149 nömrəli tam orta məktəbin komandası

3-cü yer: 121 nömrəli tam orta məktəbin komandası

Qeyd edək ki, qaliblərə diplom, medal və kuboklar təqdim olunub.

İdman.Biz
Seçilən
45
1
idman.biz

2Mənbələr