AZ

Bu ailə dəyərlərinin təməllərinə zərbəyə çevrilə bilər - Deputat

"İnizibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi çox müxtəlif aspektləri əhatələyir kifayət qədər mütərəqqi təşəbbüsdür. Hüquq münasibətlərin inkişafı fonunda icmal informasiya sistemi barədə müddəalar, süni intellektlə yaradılan materealların nişanlanma olmadan yayımlanmasına, dilənçiliklə məşğul olmaya, habelə xüsusi icra məmurları haqqında qanunun pozulmasına görə məsuliyyətin müəyyən edilməsi günün tələbi hesab edilə bilər.

Cari dəyişiklik layihəsinin 3 maddəsi isə Uşaq hüquqları haqqında qanun tələblərinə müvafiq verilən çevik reaksiya kimi təklif edilir. Amma etiraf edək ki, bu hissədə  müddəaların bəziləri ənənə və reallıqları arxa plana keçirmək təhdidi yaradır.  Xüsusən, 525-1 maddəsində nəzərdə tutulan konsepsiya cəmiyyətimizdə min illər boyu formalaşan valideyn uşaq münasibətlərinin, bizə xas ailə dəyərlərinin təməllərinə zərbəyə çevrilə bilər".

Ölkə.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisdə  İnzibati Xətalar Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı deyib. 

Deputat əlavə edib ki, psixi, əxlaq və davranış pozuntusu olan valideynlər istisna olmaqla heç bir valideyn övladına zərər vermək istəməz:  "Uşaq heç kim üçün valideyninə olduğu qədər əziz deyil. Gəlin özümüzə sual verək, biz kimi kimdən qorumağa çalışırıq, Uşağı anasındanmı?
Bu bizə çox yad standartdır, ailə dəyərləri itmiş, uşaqları valideynlərindən “qoruyan” toplumların formalaşdırdığı süni doqmadır. Üstəlik, unutmayaq ki, Epişteynlər də məhz  uşaqları qoruduğunu iddia edən o toplumlarda yetişib. Ona görə də əsrlərdir cəmiyyətimizdə oturuşan, uşağın ən sağlam, ən sınaqdan çıxmış effektiv tərbiyəsini təmin edən sistemimizi düşünürəm ki qırmağa ehtiyac yoxdur.

Ailədə evdə olan evdə qalmalıdır, bunu bacaran uşaq, sabah dövlətində olanı elə dövləti daxilində saxlamağı bacaraq.
Amma bu maddə faktiki olaraq uşaqları valideynin üzərinə qaldırır. Bu cür təşviq, bu kimi hallara rəvac vermək faydalı ola bilməz.
Təbii ki, uşağa cismani cəza yaxud zorakılıq yolverilməzdir, amma bu oturuşmuş dəyərlərin zədələnməsi hesabına baş verməməlidir".

Mürtəza

Seçilən
22
olke.az

1Mənbələr