AZ

AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

"İmişli", "Qəbələ" və "Neftçi" klubları cərimələnib.

Publika.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib. Hər üç klub Azərbaycan Premyer Liqasının 24-cü turunda yaşananlara görə ziyana düşüb.

"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5 000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.

"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3 000 manat ödəməli olacaq.

Seçilən
42
3
publika.az

6Mənbələr