AZ

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb

2025-ci ildə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,355 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 14,081 milyon dollar və ya 2,9 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-də reallaşan investisiyaların payı 0,1% təşkil edib.

2024-cü il ərzində Asiya İnkişaf Bankından Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 21,436 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Seçilən
8
2
kommersant.az

5Mənbələr