AZ

Türkiyə Quru Qoşunları komandanı Şimali Kiprdəki hərbi hissələrdə inspeksiya aparıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 17 mart, AZƏRTAC

Türkiyə Quru Qoşunları komandanı Metin Tokel hərbi hissələrdə inspeksiya aparmaq üçün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) gəlib.

AZƏRTAC xəbər verir ki, inspeksiya adada yerləşən Türkiyə qoşunlarının döyüş hazırlığının artırılması, Türkiyə Hərbi Hava Qüvvələrinin altı ədəd F-16 qırıcı təyyarəsinin və hava hücumundan müdafiə sistemlərinin Şimali Kiprə yerləşdirilməsi fonunda təşkil edilib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Tokel əsas bölmələri yoxlayıb və əsgərlərlə iftar süfrəsində iştirak edib.

Türkiyə Quru Qoşunları komandanı 28-ci mexanikləşdirilmiş piyada diviziyasının və 14-cü zirehli briqadanın komandanlıqlarını da ziyarət edib.

Tokel, həmçinin ŞKTC Prezidenti Tufan Erhürman ilə görüşüb.

Türkiyə mediasının məlumatına görə, İran ətrafında gərginliyin artması fonunda Ankaranın Şimali Kiprə F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri yerləşdirmək qərarı, əslində, adanın cənubuna dörd hərbi təyyarə və iki freqat göndərən Yunanıstanın hərəkətlərinə cavab olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
azertag.az

2Mənbələr