AZ

Katz: İran lideri öldürülüb

ain.az, Olke.az saytına istinadən bildirir.

İsrail müdafiə naziri İsrael Katz İranın "de-fakto lideri" Əli Laricaninin İsrail hava hücumunda öldürüldüyünü bildirib.

Ölkə.Az-ın xəbərinə görə, bu barədə İsrailin "Ynet News" saytı məlumat verib.

Katz bildirib ki, Baş Qərargah rəisi ona Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və Bəsic rəhbərinin bir gecədə öldürüldüyünü söyləyib.

“Kanal 12”nin yüksək rütbəli İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, Əli Laricaninin öldüyünə dair inam artır və onun hücumdan sağ çıxma ehtimalı yoxdur.

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin hücumunun hədəfi olduğuna dair xəbərlərdən sonra yaxın zamanda müraciətlə çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
olke.az

3Mənbələr