AZ

Zelenski ABŞ yə İran PUA larına qarşı mübarizədə Ukraynanın köməyini təklif edib

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna İranın pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsinə qarşı mübarizədə ABŞ-yə kömək etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "New York Post"a müsahibəsində bildirib.

"Biz dərhal reaksiya verdik", - Zelenski Ukraynanın İrana qarşı əməliyyatlarda ABŞ-yə kömək təklif etdiyini nəzərdə tutaraq qeyd edib.

O vurğulayıb ki, Kiyev Vaşinqtonun etibarlı müttəfiqi statusunu təsdiqləməyə çalışır.

"Dinc əhalinin və ya ABŞ vətəndaşlarının müdafiəsinə kömək etmək imkanımız olanda, biz tərəddüd etmədən öz komandalarımızı göndəririk", - Ukrayna Prezidenti əlavə edib.

Bununla yanaşı, o xatırladıb ki, Kiyev artıq pilotsuz uçuş aparatları üzrə genişmiqyaslı ABŞ-Ukrayna sazişi bağlamağı təklif edib. Bu saziş ABŞ-nin sənaye potensialını Ukraynanın hərbi təcrübəsi ilə birləşdirəcək.

"Biz dünyanın ən böyük dron zavodunu inşa edə bilərdik. Bu halda Birləşmiş Ştatlar istehsalı və maliyyələşməni, Ukrayna isə texnologiya və təcrübəni təmin edəcək", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, belə bir sistem ABŞ qoşunlarının və müttəfiqlərinin İran hücumlarından müdafiəsini təmin edə biləcək./Report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
mia.az

3Mənbələr