AZ

Zelenski İranı vurmaq üçün kömək təklif edib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna İranın pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsinə qarşı mübarizədə ABŞ-yə kömək etməyə hazırdır.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "New York Post"a müsahibəsində bildirib.

"Biz dərhal reaksiya verdik", - Zelenski Ukraynanın İrana qarşı əməliyyatlarda ABŞ-yə kömək təklif etdiyini nəzərdə tutaraq qeyd edib.

O vurğulayıb ki, Kiyev Vaşinqtonun etibarlı müttəfiqi statusunu təsdiqləməyə çalışır.

"Dinc əhalinin və ya ABŞ vətəndaşlarının müdafiəsinə kömək etmək imkanımız olanda, biz tərəddüd etmədən öz komandalarımızı göndəririk", - Ukrayna Prezidenti əlavə edib.

Bununla yanaşı, o xatırladıb ki, Kiyev artıq pilotsuz uçuş aparatları üzrə genişmiqyaslı ABŞ-Ukrayna sazişi bağlamağı təklif edib. Bu saziş ABŞ-nin sənaye potensialını Ukraynanın hərbi təcrübəsi ilə birləşdirəcək.

"Biz dünyanın ən böyük dron zavodunu inşa edə bilərdik. Bu halda Birləşmiş Ştatlar istehsalı və maliyyələşməni, Ukrayna isə texnologiya və təcrübəni təmin edəcək", - Zelenski bildirib.

Onun sözlərinə görə, belə bir sistem ABŞ qoşunlarının və müttəfiqlərinin İran hücumlarından müdafiəsini təmin edə biləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
cebheinfo.az

3Mənbələr