AZ

Azərbaycanda üç klub 16 min manat CƏRİMƏLƏNDİ

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, komitə Misli Premyer Liqasında XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Misli Premyer Liqasında XXIV turun "İmişli" - "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilib.

Həmin turun "Qəbələ" - "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilib. Bundan başqa, "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
14
oxu.az

10Mənbələr