AZ

“Real” Olise üçün 160 milyon avro təklif edir


İspaniya vitse-çempionu “Real Madrid” Almaniya çempionu “Bavariya”nın cinah oyunçusu Maykl Olise ilə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, “Real Madrid” rəhbərliyi fransız futbolçu üçün 160 milyon avro təklif etməyə hazırdır. Lakin Münhen klubu yay transfer pəncərəsində Oliseni satmaq niyyətində deyil.
Qeyd edək ki, Olise 2024-cü ilin yayından bəri “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, 93 oyun keçirib, 35 qol vurub və 50 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Seçilən
41
yeniavaz.com

1Mənbələr