AZ

Paralimpiyaçılar valideyn himayəsindən məhrum uşaqlarla görüşüb FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Milli Paralimpiya Komitəsi paralimpiyaçılarla birgə Novruz və Ramazan bayramları münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib.

İdman.Biz xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 3 saylı uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüş zamanı Komitənin 30 illiyinə dair videoçarxlar nümayiş etdirilib.

Daha sonra rəsmilər və Paralimpiya çempionları - Orxan Aslanov və İmaməddin Xəlilov uşaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Görüşün sonunda paralimpiyaçılar - Kamran Zeynalov (paragüllə atıcılığı), Sabir Zeynalov (parataekvondo), Hüseyn İsmayılzadə və Ömər Qurbanov (paracüdo) uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Komitənin 30 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
icma.az

2Mənbələr